Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirildi.

20 yanvar 2015 | 16:00


Biləsuvar rayonunda 20 yanvar 2015-ci il tarixdə şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısında ümumrayon tədbiri keçirildi və mədəniyyət işçilərinin hazırladıqları “Yarımçıq arzular” tamaşası nümayiş olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanları və rayon ictimaiyyəti iştirak etdi.
Rayon Mədəniyyət evində keçirilən toplantıda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək  Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi barədə ətraflı məlumat verdi.M.Quliyev bildirdi ki, sovet ordusunun döyüş hissələrinin Bakı şəhərinə yeridilməsi xalqa qarşı törədilən misli görünməmiş faciəyə gətirib çıxardı. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur.O, 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin pisləmiş və bunun heç bir insanlığa sığmayan vəhşilik olmaqla bərabər, demokratiyaya yad və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir.Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Ulu Öndər Heydər Əliyev müstəqil respublikamıza rəhbərlik etdiyi sonrakı dövrlərdə də daima çalışmışdır ki,  dünya ölkələri  20 Yanvar hadisələrinə  siyasi qiymət versin və bu hadisə müstəqilliyi uğrunda mübarizə aparan bir xalqın başına gətirilən acı  bir hadisə  kimi tanınsın.
Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi  Azərbaycan xalqı ucun təkcə boyuk faciə deyildir. O, ləyaqətini qorumaq ucun hər cur qurban verməyə hazır olan  xalqımızın tarixində şərəfli bir səhifədir.
Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev rəhbərliyi altında ölkəmizin daha da güclənməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, torpaqlarımızın işğaldan azad edilməsi, ordumuzun ən güclü ordulardan biri olması üçün ölçüyəgəlməz işlər görülür. Dünyanın aparıcı dövlət başçıları ilə aparılan danışıqlar bir daha onu göstərir ki, Prezidentimizin Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək istəyi öz nəticəsini verəcək. Ail Baş Komandanımızın dediyi kimi əks halda Azərbaycan  ordusu öz sözünü deyəcək və  işğal altında olan torpaqlarımızı düşməndən azad edəcəkdir.
Sonda rayon mədəniyyət işçilərinin hazırladıqları “Yarımçıq arzular” tamaşası nümayiş olundu.

Keçidlər