Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirildi .

16 yanvar 2015 | 16:00

15-16 yanvar 2015-ci il tarixlərdə   Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Heydər Əliyev Mərkəzində  20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş  rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidir” mövzusunda  inşa  yazı müsabiqəsi keçirildi.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Biləsuvar rayon Gənclər və İdman İdarəsinin   rəisi Aqşin Bağırov çıxış edərək  20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixi olduğunu qeyd etdi.O, bildirdi ki, tarix boyu Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq üçün mübarizə aparıb. 25 il öncə də qanlı yanvar gecəsindən dərhal sonra Azərbaycanın informasiya blokadasına alındığı ağır bir siyasi şəraitdə ümummilli lider Heydər Əliyevin heç kimdən çəkinmədən Azərbaycan Respublikasının Moskvadakı nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırdı, öz xalqı ilə birlikdə oldu. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan 130 nəfərdən yuxarı mərd Vətən övıadları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onların arasında rayonumuzdan Baba Xammədov və Əlimərdan Hüseynov da vardır.
            Tədbir iştirakçıları  20 Yanvar faciəsini əks etdirən videofilmə nümayiş etdikdən sonra inşa yazı müsabiqəsi başlanıldı.Müsabiqədə rayonun 26 ümumtəhsil məktəbindən 26 şagird iştirak etdi.
Nizami adına şəhər 1 saylı tam orta məktəbin şagirdi Nərmin Baxşəli birinci yeri, İsmətli kənd tam orta məktəbin şagirdi Banuçiçək Mürsəlzadə ikinci yeri, Amankənd tam orta məktəbin şagirdi Jalə İmanova isə üçüncü yeri tutaraq fəxri fərmanlarla təltif olundular.

Keçidlər