Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat turniri keçirildi.

14 yanvar 2015 | 16:00

14-15 yanvar 2015-ci il tarixlərdə  Heydər Əliyev Mərkəzində  rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə yeniyetmələr və gənclər arasında açıq rayon birinciliyi  keçirildi.

Yarışın təqdimetmə mərasimində çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd   20 yanvar şahidlərinin xatirəsinin yad edilməsi, yeniyetmələr arasında idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, gənclərin və yeniyetmələrin zərərli vərdişlərdən yayındırılması, asudə vaxtlarının səmərəli təşkil olunması və idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.

2 gün davam edən turnirdə 80 nəfər şahmatçı iştirak etdi.Ayrı-ayrı yaş qrupları üzrə 1- ci yeri   Çaylı kənd tam orta məktəbin şagirdi Polad Həsənli, 2-ci və 3-cü yerləri isə  Xırmandalı kənd 1 saylı tam orta məktəbin şagirdləri Ülviyyə Quliyeva, Samir Şəkərli tutmuşlar.Qaliblər rayon Gənclər və İdman idarəsinin fəxri diplomları və hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər