Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

15 yanvar 2015 | 16:00

Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş Tədbirlər Planına uyğun olaraq yanvar ayının 13-dən rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda, ümumtəhsil məktəblərində, məscid və ziyarətgahlarında   20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

15 yanvar 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində və Tarix Diyarşünaslıq Muzeyində keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova çıxış edərək 1990-cı ilin yanvar faciəsində xalqımızın başına gətirilən müsibətlərdən danışmış və bildirmişdir ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur.O, 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin pisləmiş və bunun heç bir insanlığa sığmayan vəhşilik olmaqla bərabər, demokratiyaya yad və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir.Ulu Öndər müstəqil respublikamıza rəhbərlik etdiyi sonrakı dövrlərdə də daima çalışmışdır ki,  dünya ölkələri  20 Yanvar hadisələrinə  siyasi qiymət versin və bu hadisə müstəqilliyi uğrunda mübarizə aparan bir xalqın başına gətirilən acı  bir hadisə  kimi tanınsın.

Tədbirdə qeyd olunmuşdur ki, bu gün ölkəmizin sürətli inkişafı və ordumuzun güclənməsi bir daha göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın  erməni işğalından azad ediləcəyi gün də uzaqda deyil.

Sonra   20 Yanvar hadisələrindən bəhs edən “Azadlığa gedən yollar” sənədli filminin nümayişi keçirildi.

Keçidlər