Biləsuvar rayonunun inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində 2014-cü ilin yekunlarına dair hesabat yığıncaqları keçirilr.
08 yanvar 2015-cü il tarixdən başlayaraq Biləsuvar rayonunun inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilir.Tərtib olunmuş qrafikə uyğun olaraq 15 yanvar 2015-ci il tarixədək rayonun 15 kəndində hesabat iclasları keçirilmişdir.
Yığıncaqlarda rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının ərazidə fəaliyyət göstərən yerli bölmələri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivi, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edirlər.
15 yanvar 2015-ci il tarixdə rayonun Ağayrı, Əliabad və Səmədabad kənd inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərində 2014-cü ilin yekunlarına dair hesabat yığıncaqları keçirildi. Ağayrı kəndində keçirilən hesabatda İcra nümayəndəsi Azər Qədimov ötən il ərzində görülmüş işlər barədə ətraflı məlumat verdi.O, bildirdi ki, nümayəndəlik üzrə 551 təsərrüfatda 2544 nəfər əhali yaşayır. Ərazisi 1719 hektardır.Əhalinin xüsusi mülkiyyətində 993 hektar,bələdiyyə mülkiyyətində isə 136 hektar torpaq sahəsi vardır. 170 hektar sahə örüş üçün ayrılmışdır.
Kənddə 1 tam orta, 1 ümumi orta məktəb, tibb məntəqəsi, uşaq bağçası, kitabxana, mədəniyyət evi, poçt şöbəsi fəaliyyət göstərir.Regionların sosial-iqtisadi inkişafına uyğun olaraq Ağayrı kəndində də ötən müddət ərzində xeyli abadlıq və quruculuq işləri görülüb.Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə yenidən tikilən on üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun inşasına ötən illərdə başlanılmışdır və hazırda tikinti işləri başa çatmaq üzrədir. Bundan əlavə kənd ümumi orta məktəbi üçün müasir standartlara cavab verən yeni bina inşa edilmiş, yeni salınmış yaşayış massivi və kəndaxili yollar qum-çınqıl qarışığı ilə təmir olunmuş, ərazidəki şor kollektorlarının müəyyən hissəsi lildən təmizlənmişdir.Əhalini təbii qazla təmin etmək məqsədilə kənd ərazisindən keçən əsas boru kəmərləri çəkilmişdir.Hazırda yaşayış evlərinə təbii qaz xəttinin çəkilişi işləri aparılır.Kənd fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.
A.Qədimov kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi.
A.Qədimov kənd əhalisinin sosial problemlərinin həllinin daim diqqət mərkəzində saxlanıldığını bildirərək qeyd etdi ki, hesabat dövründə nümayəndəliyə müraciət etmiş 98 vətəndaşın hər birinin müraciəti araşdırılaraq icrası təmin edilmişdir.Bu sahədə qarşıya çıxan problemlərimiz rayon İcra Hakimiyyəti və digər aidiyyəti təşkilatların yaxından köməkliyi ilə həll edilir.
Tədbirdə kənd sakinləri Ə.Haqverdiyev, A.Əliyev, Ə.Babayev, Ş.Dövlətov və başqaları çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab ilham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Hesabat iclasında Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz hərtərəfli inkişafa nail olub.Respublikamızın hər bir bölgəsində olduğu kimi rayonumuzda, o cümlədən kəndlərimizdə də genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.Yollarımız təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri, uşaq bağçaları tikilir, nəhəng infrastruktur layihələri həyata keçirilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bu işlərin bariz nümunəsi olaraq Ağayri kəndində son illər aparılan işləri göstərmək olar.Yaxın illər ərzində rayonumuzda və kəndlərimizdə insanları narahat edən heç bir problem olmayacaqdır.
Görüşün sonunda rayon icra hakimiyyətinin başçısının birinci müavini Xanlar Məmmədov kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin aidiyyəti təşkilatlarla birlikdə həll olunması istiqamətində konkret işlər görüləcəyini qeyd etdi.