Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon Aşağı Cürəli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 2014-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.

09 yanvar 2015 | 16:00

09 yanvar 2014-cü il tarixdə Biləsuvar rayon Aşağı Cürəli kənd  inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində 2014-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısının müavini Xəyalə xanım Qəmbərova, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının kənd ərazisində fəaliyyət göstərən yerli bölmələri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivi, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdilər.
Aşağı Cürəli kənd İcra nümayəndəsi Qalib Bağırov  hesabat verərək ötən il ərzində görülmüş işlər barədə ətraflı məlumat verərək 2015-ci ildə  görüləcək işlərdən və həyata keçiriləcək tədbirlərdən danışdı.O, bildirdi ki,  nümayəndəliyimizin əhatə etdiyi 2 kənddə 3410 nəfər əhali yaşayır.Ərazisi 2488 hektardır.O cümlədən xüsusi mülkiyyətdə 1629 hektar,bələdiyyə mülkiyyətində  630 hektar torpaq sahəsi vardır.80 hektar sahə örüş üçün ayrılmışdır.Kəhdlərimizdə 792 təsərrüfat, 585 mülkiyyətçi vardır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq kənd ərazisi tam qazlaşdırılmış, mərkəzi magistral yollar yenidən tikilərək asfalt örtük çəkilmişdir.Kənd tam orta məktəbi üçün 450 şagird yerlik ən müasir tələblərə cavab verən yeni məktəb, səhiyyə müəssisəsi, poçt şöbəsi  tikilərək əhalinin istifadəsinə verilmişdir. “Modul” tipli su durulducu qurğu quraşdırılmışdır.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.Aşağı Cürəli kən əhalisi görülən bütün bu işlərə görə  Azərbaycan Respublikasının  Prezdenti İlham Əliyev cənablarına dərin təşəkkür və minnətdarlığını bildirirlər.
Q.Bağırov bildirdi ki, Aşağı Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Aşağı Cürəli – Muğan bələdiyyəsi öz işlərini ərazdə fəaliyyət göstərən dövlət qurumları və qeyri - hökmət təşkilatları ilə sıx əlaqəli şəkildə qurur. Belə ki, nümayəndəliyin bələdiyyə və qeyri- hökümət təşgilatları ilə öz işinin əlaqəli qurmasının nəticəsində 19 avqust 2014-cü ildə Muğan kəndində Azərbaycan   Höküməti  və  Dünya  Bankının  təşəbbüsü    ilə  yaradılmış   AzKİL-2  qeyri-hökumət  təşkilatının  dəstəyi  ilə  Muğan kəndinin bütün küçələrinə qum-çınqıl döşənmişdir.
Nümayəndəlik üzrə 46 km şor kollektoru 2013-cü ildə lildən təmizlənərək yararlı hala gətirilmişdirÖlkə rəhbərliyinin aqrar sahəyə yönəltdiyi məqsədyönlü tədbirlər, aqroliznqlərin yaradılması, uzun müddətli kreditlərlə fərdi mülkiyyətçilərə texnikaların verilməsi, məhsul istehsalçılarına verilən iqtisadi yardımlar, kübrələrin güzəştli şərtlərlə verilməsi, onun keyfiyyətinə ciddi nəzarət olunması  kənd əməkçilərində böyük ruh yüksəkliyi yaratmış, onların torpaqdan istifadəyə meylliyini daha da  artırmışdır.
Q.Bağırov bildirdi ki, əhalinin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır, vətəndaşların hər bir müraciətinə araşdırılaraq icrası təmin edilir.Vətəndaşların müraciətlərinin həlli istiqamətində qarşıya çıxan problemlərimiz rayon İcra Hakimiyyətinin yaxından köməkliyi ilə həll edilir.
Tədbirdə kənd sakinləri  S.Rəhimov, M.Kəlbiyev, B.Əzizov, S.İsgəndərov və başqaları çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab ilham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Sonda Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova çıxış edərək respublikamızın bu günkü hərtərəfli inkişafından danışaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda  o, cümlədən Aşağı Cürəli kəndində  də abadlıq- quruculuq işləri həyata keçirilir. O,qeyd etdi ki, ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki,məhz bu gün ölkəmiz  hərtərəfli  inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələri özünü göstərir. Yollarımız  təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə rayonumuzda  insanları narahat edən heç bir problemlər olmayacaq.
Görüşün sonunda X.Qəmbərova  əhalinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədilə aidiyyəti təşkilatlar qarşısında məsələlərin qaldırılacağını bildirdi.

Keçidlər