Şriftin ölçüsü :

Saytın rəngi :

19 avqust 2026-cı il tarixdə Biləsuvarda növbəti iməcilik aksiyaları keçirilib.

19 avqust 2026 | 15:31
Biləsuvar şəhər “Mərkəzi Parkı”nda, “Zəfər Parkı”nda və “Qəhrəmanlar bağı”nda ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin qorunması məqsədilə növbəti genişmiqyaslı iməcilik və abadlıq aksiyası keçirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığıilə həyata keçirilən aksiyalarda rayonun idarə, müəssisələrinin, ərazi icra nümayəndəliklərinin, Kommunal Müəssisələr Kombinatının və DOST xidmətinin əməkdaşları yaxından iştirak ediblər.
İməciliklər zamanı ərazilərdəki yabanı otlar biçilərək daşınıb, təmizlik işləri aparılaraq ağaclar suvarılıb.
Qeyd edək ki, hər ayda bir yaşayış məntəqəsi olmaqla rayonun bütün şəhər və kəndlərində iməciliklərin keçirilməsi nəzərdə tutulmuşdur.
Keçidlər