Şriftin ölçüsü :

Saytın rəngi :

“Ən yaxşı məktəbəqədər tərbiyə müəssisəsi” layihəsi çərçivəsində Biləsuvar rayonunda tədbirlər davam edir.

01 yanvar 2015 | 16:00

01 yanvar 2015-ci il tarixdə Biləsuvar  rayonunda  “Ən  yaxşı  məktəbəqədər tərbiyə  müəssisəsi”  layihəsinə çərçivəsində Xırmandalı kənd uşaq bağçasında yeni il  tədbiri keçirildi.
Tədbirdə Biləsuvar ayon  İcra  Hakimiyyəti Başçısı aparatının məsul işçisi Mirzə Cəfərov, məktəbəqədər  tərbiyə  müəssisələrinin rəhbərləri, bağçanın kollektivi və  valideynlər  iştirak  etdilər.
Tədbiri giriş sözü ilə Xırmandalı uşaq bağçanın direktoru İradə Quliyeva açaraq uşaq tərbiyə müəssisəsi barədə ətraflı məlumat verdi.
Biləsuvar ayon  İcra  Hakimiyyəti Başçısı aparatının məsul işçisi Mirzə Cəfərov tədbirdə çıxış  edərək  layihə  barədə  ətraflı məlumat  verdikdən sonra  bildirdi  ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən məktəbəqədər tərbiyə müəssisələrinə xüsusi qayğının nəticəsidir ki, bu gün rayonumuzda  ən müasir tələblərə cavab verən bağçalar tikilərək istifadəyə verilir. Bu bağçalarda uşaqlarin istirahəti və təhsili üçün hər cür şərait yaradılmışdır.Hazırda 2 yeni bağça binasında son tamamlama işləri aparılır.Aparılan bütün bu işlər rayon rəhbərliyinin təhsilə  olan diqqətinin nəticəsidir.Bu gün ölkə rəhbərinin həyata keçirdiyi bu siyasətə uyğun olaraq bizim tərbiyə müəssisələrinin kollektivlərinin də üzərlərinə mühüm vəzifələr düşür.Onlar hər bir uşağın sabahın yetkin və sağlan bir vətəndaşı kimi yetişmələri üçün əzmlə çalışmalıdırlar.Sonra M.Cəfərov yeni il münasibətilə bağça kollektivini təbrik etdi.
Tədbirdə uşaqlar tərəfindən hazırlanmış müxtəlif səpkili səhnəciklər, şer və mahnılar maraqla qarşılandı.
Tədbirin sonunda  bağça  uşaqlarının  əl  işləri  ilə  tanış  olundu və    uşaqlara  hədiyyələr  təqdim  edildi.

Keçidlər