Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il tədbirləri keçirilir.

26 dekabr 2014 | 16:00

26 dekabrdan  başlayaraq  Biləsuvar  rayonundakı Heydər Əliyev Parkında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il tədbirləri keçirilir.

Tədbirlərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların,  ümumtəhsil müəssisələrinin, uşaq bağçaların kollektivləri və rayon əhalisi iştirak etdi.

Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə  çıxış edərək rayonumuzda və ümumilikdə respublikamızda aparılan geniş sosial-iqtisadi inkişafdan danışmış, görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat vermişdir.M.Quliyev vurğuladı ki, bu inkişaf  Respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və dəstəyi sayəsində bundan sonra da davam etdiriləcəkdir.Rayon İcra Hakimiyyətinin başçısı  rayon əhalisini 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildirdi.

Tədbirdə uşaqlara  yeni il hədiyyələri təqdim olundu,  respublikanın və rayonun tanınmış incəsənət xadimlərinin ifasında musiqilər səsləndirildi.

Rayonda yeni il tədbirləri mütəmadi olaraq dekabr ayının sonunadək hər gün keçirləcək və yeni il hədiyyələri paylanılacaqdır.

Keçidlər