“Ən yaxşı məktəbəqədər tərbiyə müəssisəsi” layihəsi çərçivəsində Biləsuvar rayonunda tədbirlər davam edir.
25 dekabr 2014-cü il tarixdə Biləsuvar rayonunda “Ən yaxşı məktəbəqədər tərbiyə müəssisəsi” layihəsinə çərçivəsində Amankənd kənd uşaq bağçasında yeni il tədbiri keçirildi.
Tədbirdə Biləsuvar ayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçisi Mirzə Cəfərov, məktəbəqədər tərbiyə müəssisələrinin rəhbərləri, bağçanın kollektivi və valideynlər iştirak etdilər.
Tədbiri giriş sözü ilə Amankənd uşaq bağçanın direktoru İradə İmanova açaraq uşaq tərbiyə müəssisəsi barədə ətraflı məlumat verdi.
Biləsuvar ayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçisi Mirzə Cəfərov tədbirdə çıxış edərək layihə barədə ətraflı məlumat verdikdən sonra bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən məktəbəqədər tərbiyə müəssisələrinə xüsusi qayğının nəticəsidir ki, bu gün rayonumuzda ən müasir tələblərə cavab verən bağçalar tikilərək istifadəyə verilir. Bu bağçalarda uşaqlarin istirahəti və təhsili üçün hər cür şərait yaradılmışdır.Hazırda 2 yeni bağça binasında son tamamlama işləri aparılır.Aparılan bütün bu işlər rayon rəhbərliyinin təhsilə olan diqqətinin nəticəsidir.Bu gün ölkə rəhbərinin həyata keçirdiyi bu siyasətə uyğun olaraq bizim tərbiyə müəssisələrinin kollektivlərinin də üzərlərinə mühüm vəzifələr düşür.Onlar hər bir uşağın sabahın yetkin və sağlan bir vətəndaşı kimi yetişmələri üçün əzmlə çalışmalıdırlar.Sonra M.Cəfərov yeni il münasibətilə bağça kollektivini təbrik etdi.
Tədbirdə uşaqlar tərəfindən hazırlanmış müxtəlif səpkili səhnəciklər, şer və mahnılar maraqla qarşılandı.
Tədbirin sonunda bağça uşaqlarının əl işləri ilə tanış olundu və uşaqlara hədiyyələr təqdim edildi.