Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda sambo üzrə rayon birinciliyinin qalibləri mükafatlandırıldı.

16 dekabr 2014 | 16:00

 11-16 dekabr 2014-cü il tarixdə Biləsuvar rayon Olimpiya İdman Kompleksində keçirilən sambo üzrə rayon birinciliyinin qalibləri mükafatlandırıldı.
Biləsuvar Olimpiya İdman Kompleksində keçirilən  tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov çıxış edərək bildirdi ki, 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də məhz Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzunun göstəricisidir. Ölkəmiz dünyada artıq idman ölkəsi kimi tanınır və qitənin tarixində ilk dəfə keçirilən Avropa Oyunlarının Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatının ölkəmizdə görülən işlərə, idman və bədən tərbiyəsi sahəsində əldə etdiyimiz uğurlara verilən yüksək qiymətin təzahürü kimi dəyərləndirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi xüsisi diqqət və  qayğısı bu gün rayonumuzun da idman həyatında hiss olunur.Ölkəmizdə idmanın inkişafında böyük rol oynayan   Dövlət Proqramları həyata keçirililr, idmanın gənclər arasında kütləviliyi gündən günə yüksəlir.Biləsuvarlı gənclər respublika və beynəlxalq idman yarışlarında təkcə bu il 10 qızıl, 12 gümüş ,14 bürünc medal qazanıblar.
Bu gün keçirilən yarışın da əsas məqsədi rayon gənclərini idmana cəlb etmək, rayonda  uşaq, yeniyetmə  və  gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə idmanın müxtəlif növləri üzrə klubların  yaradılması, rayonda ayrı-ayrı idman növləri üzrə  yığma komandaların formalaşdırılmasıdır.         
70 nəfər idmançının iştirak etdiyi sambo üzrə  rayon birinciliyinin sonunda  qaliblər Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırıldılar.

Keçidlər