Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirdi.

16 dekabr 2014 | 16:00

16 dekabr 2014-cü il  tarixində  Biləsuvar rayon Heydər Əliyev Mərkəzində    Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  “Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirdi.
Tədbirdə rayon  İcra Hakimiyyətinin məsul işçisiləri Kami Qurbanlı, Ləman Yüzbaşova, Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov,  rayon Polis şöbəsinin, Təhsil və Səhiyyə şöbələrinin məsul işçiləri iştirak etdilər.
Tədbirdən öncə Mərkəzdə   mövzu ilə əlaqədar   qısametrajlı videoçarx nümayiş etdirildi.
Sonra tədbiri rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov açaraq narkomaniya ilə mübarizədə aparılan bu cür səpkili tədbirlərin əhəmiyyətinin çox yüksək olduğunu qeyd etdi.O, bildirdi ki, bugünkü tədbir çox vacib və aktual məsələyə – bəşəriyyət üçün ən böyük bəlalardan birinə çevrilmiş narkomaniyaya həsr olunmuşdur. Bu bəlanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xüsusilə aktual xarakter daşıyır. Narkomaniya və narkotizm beynəlxalq problemə çevrilib. Narkomaniyaya qarşı mübarizə tədbirlərinin günbəgün gücləndirilməsinə baxmayaraq, o, yoluxucu xəstəlik kimi yayılmaqdadır.
           Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamları əsasında təsdiqlənən və 2007-2012-ci illəri əhatə edən Dövlət Proqramının icra müddəti başa çatdığından ölkə başçısınını müvafiq sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur.
           Dövlət  Proqramının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə  və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsi, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması  və digər genişmiqyaslı məsələlərdən ibarətdir.Respublika əhalisi və xüsusilə gənclər üçün böyük təhlükə mənbəyi olan «ağ ölümə» qarşı həyata keçirilən genişmiqyaslı tədbirlər    Biləsuvar rayonunda  gündəlik və daimi xarakter daşıyır, xüsusən məktəblilər, yeniyetmələr, şagirdlər    arasında maarifləndirmə işlərinə xüsusi diqqət yetirilir.   Bütövlükdə isə narkomaniyaya qarşı mübarizə tədbirləri, ilk növbədə, yeniyetmə və gənclər arasında maarifçilik işləri, Rayon rəhbərliyinin diqqət mərkəzindədir və bu istiqamətdəki işlər gələcəkdə daha geniş şəkildə davam etdiriləcəkdir.
Tədbirdə digər çıxış edənlər də bildirdilər ki, bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniya və geniş anlamda narkotizmdir. Belə tədbirlərin keçirliməsində də əsas məqsəd bu istiqamətdə gənc nəsli maarifləndirməkdir.Tədbirdə  gənclərə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi.Bildirildi ki, ümumtəhsil məktəblərində bu cür maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Sonda bu sahədə mübarizə aparmaq üçün gəncləri düşündürən suallar cavablandırıldı.

Keçidlər