Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının on birinci ildönümü qeyd olundu .

12 dekabr 2014 | 16:00

12 dekabr  2014-cü ildə Biləsuvar rayonundakı Heydər Əliyev Parkında Müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının on birinci ildönümü qeyd olundu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanları, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyəti iştirak etmişdir.
Ulu Öndərə olan məhəbbətlərini ifadə edən Biləsuvarlılar  Dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər qoymuşlar, əziz xatirəsi ehtiramla yad edilmişdir. Daha sonra rayon sakinləri Heydər Əliyev Mərkəzində Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu əks etdirən fotosərgilərdən ibarət muzeyi ziyarət etdilər.

Keçidlər