Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü keçirilmişdir.

11 dekabr 2014 | 16:00

11 dekabr  2014-cü ildə Heydər Əliyev Mərkəzində Müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş rayon tədbiri keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanları, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyəti iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film izlənildi.
Tədbiri  giriş  sözü  ilə  açan  rayon  İcra  Hakimiyyətinin  başçısı  Mahir Quliyev  Ulu  Öndərin  həyat  və  fəaliyyəti  haqqında  geniş  məruzə  etdi.  O, bildirdi ki,  Azərbaycanın  çoxəsrlik  dövlətçilik  tarixində əbədi  yaşamaq  istəyən  sərkərdələr,  fatehlər,  hökmdarlar,  dövlət  rəhbərləri,  ictimai-siyasi xadimlər  çox olmuşdur. Tarixdə əbədi qalmaq şərəfinə  nail olanların  sayı  isə  elə  də  çox olmamışdır. İnsanların şüuruna  hakim  kəsilən  belə  şəxsiyyətlər,  adətən  zamanın  fövqündə  durmuş,  sağlığında  milyonların  qəlbinə  köçmüşdür.  Mənsub olduğu  millətin sevimlisinə,  əvəzedilməz  öndərinə  çevrilmiş  olan  belə  dahi  şəxsiyyətlərdən  biri də  Azərbaycan xalqının lideri  Heydər Əlirza oğlu Əliyev olmuşdur.Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və ‎mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun ‎adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ‎ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin ‎mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur ‎duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü ‎doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır ‎və sərt sınaqlarından çıxarmışdır.‎Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.Bu görkəmli dövlət xadimi tarixi irsə əsaslanaraq milli dəyərlər zəminində müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir. O Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsədə ikinci dövrdə yalnız və yalnız ölkəmizin inkişafı, qüdrətli və güclü bir dövlətin yaradılması, xalqımızın firavan yaşaması amalı ilə yaşadı və biliyi və rəhbərlik istedadı sahəsində olan bacarıqları əsasında bu istəklərini həyata keçirdi.
M.Quliyev bildirdi ki, bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin  ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır.Ulu Öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir, müstəqil Azərbaycan özünün şərəfli dövrünü yaşayır desək, yanılmarıq. Heydər Əliyev cismən aramızda olmasa da, onun ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır. Respublikamızın bütün vətəndaşları kimi biz Biləsuvarlılar da qəlbən inanırıq ki, Heydər Əliyev dühası işığında doğma Azərbaycanımız hələ neçə-neçə zirvələr fəth edəcəkdir.Bu gün  Ulu öndərin qurub yaratdığı və bizə yadigar qoyduğu  müstəqil respublikamız Cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə qorunur, inkişaf elətdirilir və dünyada söz sahibi olan ölkəyə çevrilir.
Daha  sonra   YAP-ın rayon təşkilatının sədri  Kamil  Mirzəyev, Heydər Əliyev  Mərkəzin  direktoru  Səyalə  Şahbazova,  YAP Biləsuvar rayon təşkilatı Qadınlar Şurasının sədri Ləman Yüzbaşova və digərləri çıxış edərək  Ulu  Öndərin istər sovetlər ittifqı zamanı, istərsə də müstəqil respublikamıza rəhbərliyi dövrlərində həyata keçirdiyi islahatlardan,dövlət quruculuğu sahəsində gördüyü işlərdən, ölkənin sosial inkişafına yönəlmiş layihələrdən danışdılar.

 

 

Keçidlər