Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Sağlam həyat naminə erkən nigah və məişət zorakılığına yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirildi.

10 dekabr 2014 | 16:00

       10 dekabr 2014-cü il  tarixində    Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Heydər Əliyev Mərkəzində  “Sağlam həyat naminə erkən nigah və məişət zorakılığına yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə rayon  Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov,  Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Məhərrəm Qurbanov, Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova, rayon Məhkəməsinin,  Təhsil, Səhiyyə şöbələrinin məsul işçiləri və əməkdaşları iştirak etdilər.     
   208 nəfərə yaxın gəncin  iştirak etdiyi maarifləndirmə tədbirini giriş sözü ilə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov açdı. O, çıxışında rayonda nikah, boşanma, erkən nikah halları ilə bağlı statistik göstəricilər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdikdən sonra,  rayonumuzda  erkən nikah hallarının qarşısının alınması məqsədilə aparılan işlərdən, mütəmadi olaraq həyata keçirilən müxtəlif tədbirlərdən bəhs etmiş, bütün aidiyyəti dövlət qurumlarının erkən nikah hallarına qarşı birgə fəaliyyətinin önəmini bir daha vurğulamışdır.
Tədbirdə  rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının  məsul katibi Məhərrəm Qurbanov, Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova, Rayon Məhkəməsinin məsul işçisi Camal Quliyev, Təhsil şöbəsinin  metodisti Ağamməd Caniyev və başqaları öz çıxışlarında erkən nikah hallarının cəmiyyət üçün yaratdığı fəsadlardan, bu cür halların gənc qızların təhsildən yayınmasına və səhhətlərinə birbaşa təsirindən söhbət açmış, valideynləri məlumatlı olmağa bu istiqamətdə maariflənməyə səsləmişdirlər.
Tədbirdə bBu sahə üzrə güclü təbliğat işinin aparılması, maarifləndirmə tədbirlərinin mütəmadi olaraq  keçirilməsinin vacibliyi vurğulandı, aidiyyatı strukturların imkan və qüvvəsindən lazımınca istifadə olunmağı diqqətə çatdırıldı.
           Tədbirdə müzakirə olunan mövzu ilə əlaqədar qısa videoçarx nümayiş etdirildi.

Keçidlər