Biləsuvar rayonundakı Heydər Əliyev Mərkəzində "Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda açıq dərslər keçirilmişdir.
09 dekabr 2014-cü il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda açıq dərslər keçirildi.
Heydər Əliyev mərkəzində keçirilən açıq dərsdən əvvəl şagirdlər Ulu Öndərin həyat və fəaliyyətinin ayrı -ayrı məqamlarını əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar.
Sonra Biləsuvar rayon icra hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərovanın "Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur " mövzusunda geniş məruzəsi dinlənilib.
Biləsuvar şəhər 1,4 və 6 saylı tam orta məktəblərin XI sinif şagirdlərinin iştirak etdiyi açıq dərsdə müstəqil dövlətçiliyimiz tarixində Ümummilli liderin misilsiz xidmətlərindən ətraflı söhbət açılıb.Ulu Öndərin həyat yoluna nəzər salan, görkəmli dövlət xadiminin liderlik məharətindən danışan natiq qeyd edib ki, Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişaf və islahatların banisidir. İqtisadiyyatın yenidən qurulması, aqrar sahənin dirçəlməsi, peşəkar ordu yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursu, hüquqi və demokratik dövlət quruculuğu Ulu Öndərin adı ilə bağlıdır.
Bildirilib ki, bu gün Ümummilli Liderin şah əsəri olan Müstəqil Azərbaycan etibarlı əllərdədir və prezident İlham Əliyevin liderliyi ilə dünyada böyük nüfuz qazanıb.
Daha sonra məruzəçi ümummilli lider Heydər Əliyevin, 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra gördüyü misilsiz işlər barədə məlumat verib, şagirdləri maraqlandıran sualları cavablandırıb.