Şriftin ölçüsü :

Saytın rəngi :

18 fevral 2026-cı il tarixdə Biləsuvar rayonunda müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilib

18 fevral 2026 | 17:24

Ramazan ayının başlanması ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətində  keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, DTX-nin rayon şöbəsinin rəisi Emin Süleymanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan Regional bölməsinin müdiri Sənan Xəlilov və din xadimləri iştirak edib.

Tədbirdə çıxış edən İcra başçısı Faiq Qürbətov qeyd edib ki, ölkəmizdə milli mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub, mövcud olan dövlət-din münasibətləri həmişə yüksək səviyyədə inkişaf edib. Milli mənəvi dəyərlərin tərkib hissəsi olan İslami dəyərlərə xüsusilə hörmətlə yanaşılıb. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan bütün dünyada tolerantlıq nümunəsidir.

Tədbirdə çıxış edənlər Ramazan ayı ilə bağlı qarşıda duran vəzifələri din xadimlərinin nəzərlərinə çatdırıblar. Bildirilib ki, məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə edilməməli, din xadimləri belə halların qarşını almağa çalışmalıdırlar. Tövsiyə edilib ki, bu əziz ayda dinimizdə müqəddəs sayılan şəxslərlə yanaşı, torpaqlarımzın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi daim yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərliyin təbliğinə xüsusi diqqət yetirilsin. Keçirilən bütün tədbirlər dinimizin və dövlətimizin qanunları çərçivəsində keçirilməsinin vacibliyi qeyd edilib.

Görüş zamanı tədbir iştirakçılarının təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər