Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Voleybol üzrə rayon birinciliyinə start verildi.

09 dekabr 2014 | 16:00

            09 dekabr 2014-cü il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəbləri  arasında voleybol idman növü üzrə rayon birinciliyinə start verildi. 
          Biləsuvar Olimpiya İdman Kompleksində keçirilən  açılış mərasimində rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov, rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, rayonda yaradılmış voleybol idman klubunun rəhbəri, Maliyyə İdarəsinin rəisi Eldar Təhməzov çıxış edərək bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi xüsisi diqqət və  qayğısı bu gün rayonumuzun da idman həyatında hiss olunur.Ölkəmizdə idmanın inkişafında böyük rol oynayan   Dövlət Proqramları həyata keçirililr, idmanın gənclər arasında kütləviliyi gündən günə yüksəlir. Bu gün keçirilən yarışın da əsas məqsədi gəncləri idmana cəlb etmək, voleybol  üzrə rayonun yığma komandasını formalaşdırmaqdır.
Dövlət Himninin səslənməsi ilə keçirilən yarışlara  start verildi. 24 ümumtəhsil məktəbinin komandalarının qatıldığı yarışlar 7 gün davam edəcək və qalib komandalar mükafatlandırılacaqdır.

Keçidlər