“Ən yaxşı məktəbəqədər tərbiyə müəssisəsi” layihəsi çərçivəsində tədbirlər davam edir.
05 dekabr 2014-cü il tarixdə Biləsuvar rayonunda “Ən yaxşı məktəbəqədər tərbiyə müəssisəsi” layihəsinə çərçivəsində Zəhmətabad kənd uşaq bağçasında növbəti tədbir keçirildi.
Layihə rayonun bütün məktəbəqədər təhsil müəssisələrini əhatə etməklə ilin sonunadək davam edəcəkdir. İlin sonunda layihəyə yekun vurulacaq və qalib “İlin ən yaxşı məktəbəqədər tərbiyə müəssisəsi” müəyyən ediləcəkdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova, məktəbəqədər tərbiyə müəssisələrinin kollektivləri, valideynlər iştirak etdilər.
Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova tədbirdə çıxış edərək layihə barədə ətraflı məlumat verdikdən sonra bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən məktəbəqədər tərbiyə müəssisələrinə xüsusi qayğının nəticəsidir ki, bu gün Zəhmətabad kəndində ən müasir tələblərə cavab verən bağça fəaliyyət göstərir.50 yerlik bağçada uşaqlarin istirahəti və təhsili üçün hər cür şərait yaradılmışdır.Rayonumuzda bundan əlavə 2 yeni bağça tikilib istifadəyə verilmiş və hazırda 2 yeni bağça binasında son tamamlama işləri aparılır.Aparılan bütün bu işlər rayon rəhbərliyinin təhsilə olan diqqətinin nəticəsidir.
Bu gün ölkə rəhbərinin həyata keçirdiyi bu siyasətə uyğun olaraq bizim tərbiyə müəssisələrinin kollektivlərinin də üzərlərinə mühüm vəzifələr düşür.Onlar hər bir uşağın sabahın yetkin və sağlan bir vətəndaşı kimi yetişmələri üçün əzmlə çalışmalıdırlar.
Tədbirdə uşaqlar tərəfindən hazırlanmış müxtəlif səpkili səhnəciklər, şer və mahnılar maraqla qarşılandı.
Tədbirin sonunda bağça uşaqlarının əl işləri ilə tanış olundu və uşaqlara hədiyyələr təqdim edildi.