Biləsuvar rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsi ilə birlikdə Ağalıkənd tam orta məktəbində “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirdi.
05 dekabr 2014-cü il tarixində Biləsuvar rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsi ilə birlikdə rayonun Ağalıkənd tam orta məktəbində “Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirdi.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova, Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, rayon Polis şöbəsinin, Təhsil və Səhiyyə şöbələrinin məsul işçiləri iştirak etdilər.
Məktəbin direktoru Maarif Fətullayev tədbiri açaraq narkomaniya ilə mübarizəyə həsr olunan bu səpkili tədbirlərin əhəmiyyətindən danışdı.
Sonra Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova çıxış edərək bu sahədə rayonda görülən işlərlə bağlı geniş məlumat verdi.O bildirdi ki, bugünkü tədbir çox vacib və aktual məsələyə – bəşəriyyət üçün ən böyük bəlalardan birinə çevrilmiş narkomaniyaya həsr olunmuşdur. Bu bəlanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xüsusilə aktual xarakter daşıyır. Narkomaniya və narkotizm beynəlxalq problemə çevrilib. Narkomaniyaya qarşı mübarizə tədbirlərinin günbəgün gücləndirilməsinə baxmayaraq, o, yoluxucu xəstəlik kimi yayılmaqdadır. Respublika əhalisi və xüsusilə gənclər üçün böyük təhlükə mənbəyi olan «ağ ölümə» qarşı həyata keçirilən genişmiqyaslı tədbirlər Biləsuvar rayonunda gündəlik və daimi xarakter daşıyır, xüsusən məktəblilər, yeniyetmələr, şagirdlər arasında maarifləndirmə işlərinə xüsusi diqqət yetirilir. Rayonda yeniyetmə və gənclər arasında maarifçilik işlərinin aparılması rayon rəhbərliyinin diqqət mərkəzindədir və bu istiqamətdəki işlər gələcəkdə daha geniş şəkildə davam etdiriləcəkdir.Bu sahədə işlərin daha da gücləndiirlməsi məqsədilə rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiya tərəfindən tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq, rayon ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında narkomanlığın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyanla bağlı maarifləndirmə işləri mütəmadi şəkildə aparılıb.Ağ ölümlə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, eləcə də, içtimaiyyətin rolu böyükdür.
Sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov çıxış edərək idarənin bu sahədə apardığı maarifləndirici işlər barədə ətraflı məlumat verdi və bundan sonra bu sahədə planlaşdırılan tədbirlər barədəbildirdi.A.Bağırov qeyd etdi ki,. belə tədbirlərin keçirliməsində də əsas məqsəd bu istiqamətdə gənc nəsli maarifləndirmək, narkimaniyanın yeniyetmə və gənclər arasında yayılmasının qarşısının alınmasına köməklik göstərməkdir.
Bu sahədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiqlənən və 2007-2012-ci illəri əhatə edən Dövlət Proqramının icra müddəti başa çatdığından ölkə başçısının digər sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət Proqramının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsi, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
Tədbirdə digər çıxış edənlər də bildirdilər ki, bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniya və geniş anlamda narkotizmdir. Belə tədbirlərin keçirliməsində də əsas məqsəd bu istiqamətdə gənc nəsli maarifləndirməkdir.Tədbirdə gənclərə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi.Bildirildi ki, ümumtəhsil məktəblərində bu cür maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Məktəbdə keçirilən tədbirdə mövzu ilə əlaqədar qısametrajlı videoçarx nümayiş etdirildi.