Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsi ilə birlikdə Əliabad kənd tam orta məktəbində “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirdi.

27 noyabr 2014 | 16:00

26 noyabr 2014-cü il  tarixində    Biləsuvar rayon İcra Hakimiyyəti  Gənclər və İdman İdarəsi ilə birlikdə rayonun Əlabad kənd tam orta məktəbində  “Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirmişdir.Tədbirdə rayon  İcra Hakimiyyətinin məsul işçisi Mirzə Cəfərov, Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov,  rayon Polis şöbəsinin, Təhsil və Səhiyyə şöbələrinin məsul işçiləri iştirak etdilər.
Tədbiri məktəbin direktoru Bəsirə Rüstəmova açaraq narkomaniya ilə mübarizədə aparılan bu cür səpkili tədbirlərin əhəmiyyətinin çox yüksək olduğunu qeyd etdi.
Sonra  Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov  çıxış edərək bu sahədə idarənin gördüyü maarifləndirici işlər barədə geniş məlumat verdi.
O bildirdi ki, bugünkü tədbir çox vacib və aktual məsələyə – bəşəriyyət üçün ən böyük bəlalardan birinə çevrilmiş narkomaniyaya həsr olunmuşdur. Bu bəlanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün xüsusilə aktual xarakter daşıyır. Narkomaniya və narkotizm beynəlxalq problemə çevrilib. Narkomaniyaya qarşı mübarizə tədbirlərinin günbəgün gücləndirilməsinə baxmayaraq, o, yoluxucu xəstəlik kimi yayılmaqdadır. Respublika əhalisi və xüsusilə gənclər üçün böyük təhlükə mənbəyi olan «ağ ölümə» qarşı həyata keçirilən genişmiqyaslı tədbirlər    Biləsuvar rayonunda  gündəlik və daimi xarakter daşıyır, xüsusən məktəblilər, yeniyetmələr, şagirdlər    arasında maarifləndirmə işlərinə xüsusi diqqət yetirilir.   Bütövlükdə isə narkomaniyaya qarşı mübarizə tədbirləri, ilk növbədə, yeniyetmə və gənclər arasında maarifçilik işləri, rayon rəhbərliyinin diqqət mərkəzindədir və bu istiqamətdəki işlər gələcəkdə daha geniş şəkildə davam etdiriləcəkdir.Bu sahədə işlərin daha da gücləndiirlməsi məqsədilə rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiya tərəfindən  tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq, rayon ərazisində fəaliyyət göstərən   təhsil   ocaqlarında narkomanlığın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyanla bağlı maarifləndirmə işləri mütəmadi şəkildə  aparılıb..Ağ ölümlə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin,   eləcə də,   içtimaiyyətin rolu böyükdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə təsdiqlənən və 2007-2012-ci illəri əhatə edən Dövlət Proqramının icra müddəti başa çatdığından ölkə başçısının digər sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət  Proqramının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə  və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsi, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması  və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
Tədbirdə digər çıxış edənlər də bildirdilər ki, bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniya və geniş anlamda narkotizmdir. Belə tədbirlərin keçirliməsində də əsas məqsəd bu istiqamətdə gənc nəsli maarifləndirməkdir.
` Tədbirdə  gənclərə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi.
Bildirildi ki, ümumtəhsil məktəblərində bu cür maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Məktəbdə keçirilən tədbirdə   mövzu ilə əlaqədar   qısametrajlı videoçarx nümayiş etdirildi.

Keçidlər