Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda ədliyyə işçilərinin peşə bayramı günü qeyd olundu.

21 noyabr 2014 | 16:00

21 noyabr 2014-cü il tarixdə Biləsuvar rayonunda  ədliyyə işçilərinin  peşə bayramı günü təntənə ilə qeyd edildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov, rayonun ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şura üzvləri  iştirak etdi.
    İştirakçılar əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Mərasimdə çıxış edən  Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov ədliyyə  işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara xidməti fəaliyyətlərində uğurlar arzuladı.Ölkəmizdə ədliyyə  orqanlarının  fəaliyyəti  və müstəsna rolu barədə danışan X.Məmmədov qeyd etdi ki, bu bayram ümummilli lider Heydər Əliyevin  2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Bu gün ölkəmizdə dövlət idarəçiliyinin həyata keçirilməsində, qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayan Azərbaycan ədliyyəsinin şanlı bir tarixi vardır. Azərbaycan Respublikasının Ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlət başçımız cənab İlham Əliyevin diqqət mərkəzindədir.
Tədbirdə çıxış edənlər peşə bayramları münasibətilə rayonun ədliyyə işçilərinə  öz təbriklərini bildirdilər.
Biləsuvar  rayon Məhkəməsinin sədri Ramiz Nurullayev çıxış edərək onlara göstərilən bu yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.
Sonda bir qrup ədliyyə  işçisi rayon İcra Hakimiyətinin fəxri fərmanları ilə təltif edildilər.

Keçidlər