Şriftin ölçüsü :

Saytın rəngi :

“Ən yaxşı məktəbəqədər tərbiyə müəssisəsi” layihəsi çərçivəsində tədbirlər davam edir.

21 noyabr 2014 | 16:00

21 noyabr 2014-cü il tarixdə Biləsuvar  rayonunda  “Ən  yaxşı  məktəbəqədər tərbiyə  müəssisəsi”  layihəsinə çərçivəsində şəhər 2 saylı uşaq bağçasında növbəti  tədbir keçirildi.
            Layihə  rayonun  bütün  məktəbəqədər  təhsil  müəssisələrini  əhatə  etməklə  ilin  sonunadək  davam edəcəkdir. İlin  sonunda  layihəyə  yekun  vurulacaq  və  qalib  “İlin  ən  yaxşı  məktəbəqədər tərbiyə  müəssisəsi” müəyyən  ediləcəkdir.
Tədbirdə Rayon  İcra  Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova, məktəbəqədər  tərbiyə  müəssisələrinin kollektivlərinin, valideynlər  iştirak  etmişlər.  RİH başçısının  müavini, İctimai-siyasi  və  humanitar  məsələlər  şöbəsinin  müdiri   Xəyalə  Qəmbərova  çıxış  edərək  layihə  barədə  məlumat  verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən məktəbəqədər tərbiyə müəssisələrinə xüsusi qayğı göstərilir və onların fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Ölkə rəhbərinin apardığı bu siyasətə uyğun olaraq rayonumuzda da məqsədyönlü tədbirlər həyata keçirilir.Son illər rayonda 2 bağça binası tikilmiş,biri isə əsaslı təmir olunmuşdur.Hazırda iki yeni məktəbəqədər tərbiyə müəssisəsinin tikintisi başa çatmaq üzrədir.İstifadəyə verilən bağçalarda uşaqlar üçün ən müasir şərait yaradılmışdır.Bu gün ölkə rəhbərinin həyata keçirdiyi bu siyasətə uyğun olaraq bizim tərbiyə müəssisələrinin kollektivlərinin də üzərlərinə mühüm vəzifələr düşür.Onlar hər bir uşağın sabahın yetkin və sağlan bir vətəndaşı kimi yetişmələri üçün əzmlə çalışmalıdırlar.
Tədbirdə uşaqlar tərəfindən hazırlanmış müxtəlif səpkili səhnəciklər, şer və mahnılar maraqla qarşılandı.
Tədbirin sonunda  bağça  uşaqlarının  əl  işləri  ilə  tanış  olundu və    uşaqlara  hədiyyələr  təqdim  edildi.

Keçidlər