Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətində operativ idarəetmə mərkəzi vasitəsilə vətəndaşlarla növbəti qəbul keçirildi.

21 noyabr 2014 | 16:00

    21 noyabr 2014-cü il tarixdə Biləsuvar  rayon İcra Hakimiyyətində fəaliyyət göstərən  operativ idarəetmə  mərkəzi  vasitəsilə vətəndaşlarla növbəti qəbul keçirildi.
    Qəbulda rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov, İH Başçısının müavinləri, idarə, müəssisə və  təşkilat rəhbərləri iştirak  etdi.
Operativ İdarəetmə Mərkəzi rayonun 8 inzibati ərazi dairəsi üzrə nümayəndəliyində (Biləsuvar şəhəri, Xırmandalı, Bağbanlar, Aşağı Cürəli, Amankənd, Ağalıkənd, Ağayrı, Nəsimi kəndləri) fəaliyyət göstərsə də, digər kəndlərin sakinlərinin də problemlərini dinləmək üçün bu kəndlərdən istifadə edərək müraciətlərini bildirməsi təşkil edilmişdir.Operativ  idarəetmə  mərkəzi vasitəsilə keçirilən qəbulda   sakinlər  İcra Hakimiyyətinin inzibati  binasına gəlmədən  icra nümayəndəliklərində quraşdırılmış texniki vasitələrin köməyi ilə birbaşa  müraciət edərək öz problemlərini bildirdilər.
    Qəbul zamanı Biləsuvar şəhərindən 2, Xırmandalı kəndindən 2 nəfər, Amankənd kəndindən 2 nəfər, Ağayrı kəndindən 1 nəfər,Nəsimi kəndindən 2 nəfər, Bağbanlar kəndindən 1 nəfər,  Aşağı Cürəli kəndindən 2 nəfər, Ağalıkənd kəndindən 2 nəfər olmaqla ümumilikdə 14 vətəndaşın müraciəti dinlənildi.
    Qaldırılan müraciətlər əsasən şor kollektorlarının lildən təmizlənməsi, yeni yaşayış massivlərində olan nasaz elektrik dirəklərinin  və xətlərin yeniləri ilə əvəzlənməsi, məhəllədaxili yolların qum-çınqılla örtülməsi, maddi köməklik göstərilməsi və sair məsələlərlə bağlı olmuşdur. Qəbulda hər bir vətəndaşı narahat edən məsələ rayonun aidiyyəti idarə rəhbərinin iştirakı ilə analiz olunaraq problemin həlli barədə konkret tapşırıqlar verildi.
Vətəndaşların operativ qaydada qəbulu bir daha onu göstərir ki, yaradılan bu şərait nəticəsində sakinlər qısa zaman kəsiyində onları narahat edən problemlərini aidiyyəti təşkilatlara çatdıra bilir və beləliklə qaldırılan məsələlər kompleks şəkildə həll olunur.
      Ümumiyyətlə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  tapşırığına əsasən rayonlarda yaradılan operativ  idarəetmə  mərkəzlərinin fəaliyyəti məhz vətəndaşların  maneəsiz, daha asanlıqla dövlət orqanlarına müraciət etmək  imkanlarının təmin olunmasına və onları narahat edən məsələlərin tez bir zamanda həll olunmasına  xidmət edir.

Keçidlər