Şriftin ölçüsü :

Saytın rəngi :

17 oktyabr 2024-cü il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi.

17 oktyabr 2024 | 18:59

Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilən Şuranın növbəti iclasında “Rayonun idarə, müəssisə və təşkilatlarında payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə” hazırlanmış  məsələ müzakirə olundu.

Şura iclasıda Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı-Şuranın sədri Faiq Qürbətov, şura üzvləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, Biləsuvar  bələdiyyəsi, Kommunal Müəssisələri Kombinatının, Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat Sahəsinin, “45 N-li Yol İstismarı” MMC-nin, Qaz İstismar İdarəsinin Biləsuvar xidmət sahəsinin, Qazanxana, Elektrik təchizatı və satışı, Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı idarələrinin, Biləsuvar  Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi  Şəxsin və Şirvan-Salyan Regional Təhsil idarəsinin Biləsuvar rayonu üzrə Təhsil sektorunun məsul şəxsləri iştirak etdi.

Şuranın sədri Faiq Qürbətov gündəlikdə duran məsələ barədə ətraflı məlumat verdikdən sonra Biləsuvar Rayon İcra Hakimiyyəti Başçının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəlahəddin Yunsurovun hazırladığı “Rayonun idarə, müəssisə və təşkilatlarında payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə”arayışı dinlənildi.

İclasda rayonun idarə, müəssisə və təşkilatlarında payız-qış mövsümünə hazırlığın vəziyyətinin icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə şura üzvləri tərəfindən geniş müzakirələr aparılaraq tədbirlər müəyyənləşdirildi.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov gündəliyə daxil edilmiş məsələ ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə inzibati ərazi dairələri üzrə icra nümayəndələrinə, aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.

Müzakirə olunan məsələnin icrası istiqamətində səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasında müvafiq qərar qəbul edildi.

Keçidlər