Şriftin ölçüsü :

Saytın rəngi :

“İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Birinci Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində Biləsuvarda ümumrayon ağacəkmə aksiyası keçirildi

13 noyabr 2014 | 16:00

     13  noyabr  2014-cü  il   tarixdə “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Birinci Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində Biləsuvarda ümumrayon ağacəkmə aksiyası  keçirildi.
    Ağacəkmə aksiyasında  Biləsuvar  rayon  İcra  Hakimiyyətinin  başçısı  cənab  Mahir  Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların kollektivlər və rayon sakinləri olmaqla 1000 nəfər iştirak etdi.
   Aksiya çərçivəsində rayonda 3500 ədəd çinar və zeytin ağacları əkildi, əraziyə gübrələr verildi və ağaclar suvarıldı.Bundan əlavə aksiyada rayonun  kəndləri də yaxından iştirak edərək çoxlu sayda ağaclar əkmişlər.
   Ağacəkmə kompaniyası bir neçə gün davam edəcəkdir.

Keçidlər