Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Əhalinin Mülki Müdafiə üzrə hazırlığının təşkili” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

12 noyabr 2014 | 16:00

12 noyabr 2014-cü il tarixdə  rayon İcra Hakimiyyətinin akt zalında “Əhalinin Mülki Müdafiə üzrə hazırlığının təşkili” mövzusunda maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə rayon icra Hakimiyyətinin başçısının birinci müavini Xanlar Məmmədov, Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi, baş leytenant Vüqar Miriyev, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin baş zabiti, leytenant Taleh Balaşov, informatika və texnologiya şöbəsinin əməkdaşı, baş məsləhətçi Emin Əliyev və  Muğan Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəis müavini, polkovnik-leytenant Vüqar Dadaşov, müəssisə, təşkilat rəhbərləri, bələdiyyə sədrləri və rayon fövqəladə hallar komissiyasının üzvləri  iştirak etdi.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Xanlar Məmmədov rayonda əhalinin mülki müdafiə üzrə hazırlığının təşkili istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi.
Sonra Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi, baş leytenant Vüqar Miriyev çıxış edərək nazirliyin fəaliyyət istiqamətləri, struktur bölmələri və fövqəladə hadisələrdən müdafiə zamanı əhalinin fəlakət risqinin azaldılmasına hazırlanması, bu sahədə təbliğati işlərin təşkili və aparılması haqqında məlumat verdi.
Tədbir zamanı nazirliyin fəaliyyət istiqamətləri və struktur bolmələrindən bəhs olunan video çarx nümayiş olundu.

Keçidlər