Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 12 Noyabr- Konstitusiya günü münasibətilə şagirdlər arasında “Mən Konstitusiyamı öyrənirəm” mövzusunda “Breyn-rinq” intellektual oyununun rayon birinciliyi keçirilib.

12 noyabr 2014 | 16:00


     12 noyabr 2014-cü il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Heydər Əliyev Mərkəzində 12 Noyabr Konstitusiya günü münasibətilə ümuimtəhsil məktəb şagirdləri arasında “Mən Konstitusiyamı öyrənirəm” mövzusunda “Breyn-rinq” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.
Tədbirdə rayon  İcra Hakimiyyətinin məsul işçisi Ləman Yüzbaşova, Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov,  rayon Təhsil şöbəsinin əməkdaşları  və rayonun ümumtəhsil məktəblərinin şagirdləri  iştirak etmişlər.
            Tədbirdə çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov  iştirakçıları Konstitusiya günü münasibətilə təbrik edərək  qeyd edib ki, özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul edib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir. Gənclərin hüquqi tərbiyəsinin yüksəlməsinə, hüquqi dövlət quruculuğunda fəal iştirakına, konstitusiya nəzarətinin mahiyyətini, əsaslarını və prinsiplərini daha da dərindən öyrənmələrinə daim diqqət yetirir.  Bununla bağlı  hər il Konstitusiya Günü münasibətilə  təhsil müəssisələrinin şagirdləri arasında bilik yarışları  keçirir. 
           Konstitusiya gününə həsr olunmuş “Mən Konstitusiyamı öyrənirəm” mözusunda keçirilən bilik yarışmasında 110 gənc iştirak edib, qaliblər müəyyən olunub.
           Tədbirdə Biləsuvar  Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ləman Yüzbaşova  çıxış edərək Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edib,  bu bilik yarışının   şagirdlərin həyatında mühüm rol oynadığı, olimpiada iştirakçıları arasından gələcəkdə ölkəmizə və dövlətimizə layiqli kadrlar yetişəcəyi qeyd edilib.
          Tədbirin sonunda I yerə layiq görülən Şəhər 4 saylı tam orta məktəbin, II yerə layiq görülən Bağbanlar kənd tam orta məktəbin və III yerin sahibi Çinarlı kənd tam orta məktəbin şagirdləri Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldılar.

Keçidlər