Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsi ilə birlikdə ümumtəhsil məktəblərində “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbirlər keçirir.

11 noyabr 2014 | 16:00

11 noyabr 2014-cü il  tarixində    Biləsuvar rayon İcra Hakimiyyəti  Gənclər və İdman İdarəsi ilə birlikdə rayonun Bəydili kənd tam orta məktəbində  “Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirmişdir.Tədbirdə rayon  İcra Hakimiyyətinin məsul işçisi Ləman Yüzbaşova, Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov,  rayon Təhsil şöbəsinin, rayon Səhiyyə şöbəsinin məsul işçiləri və əməkdaşları iştirak etmişlər.
           Məktəbdə tədbirdən öncə   mövzu ilə əlaqədar   qısametrajlı videoçarx nümayiş etdirildi.Tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov  və digər nümayəndələr bildirdilər ki, bu gün bəşəriyyəti düşündürən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniya və geniş anlamda narkotizmdir. Belə tədbirlərin keçirliməsində də əsas məqsəd bu istiqamətdə gənc nəsli maarifləndirməkdir. Çıxış edənlər bildirdilər ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası və bu istiqamətdə gənclər arasında  maarifləndirmə işlərinin aparılması narkomanlığın yayılmasının qarşısının alınmasında  mühüm rol oynayacaqdır.Qeyd olundu ki, təhsil ocaqlarında bu səpgidə
keçirilən hər bir tədbir, dəyirmi masa şagirdlərdə narkomaniyanın dogrudan da əsrin bəlası olmaqla yanaşı sonu olmayan bir aludəçilik olduğunu aşılayır.
Bildirildi ki, ümumtəhsil məktəblərində bu cür maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər