Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 9 noyabr-Dövlət Bayrağı gününə həsr olunmuş silsilə tədbirlər davam edir.

08 noyabr 2014 | 16:00

   08 noyabr 2014-cü il tarixdə rayonda Dövlət Bayrağı gününə həsr olunmuş növbəti tədbir Xırmandalı kənd 1 saylı tam orta məktəbində keçirilmişdir.
   Tədbirdə Biləsuvar rayon icra hakimiyyətinin başçısının müavini Xəyalə xanım Qəmbərova,rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov,məktəbin kollektivi, kənd sakinləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və KİV nümayəndələri iştirak etdi.
   Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru, “Əməkdar müəllim” Firudin Hüseynov Dövlət Bayrağı barədə ətraflı məlumat verdi.
   Biləsuvar rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və  keçirilən tədbirin əhəmiyyətindən danışdı.
   Biləsuvar rayon icra hakimiyyətinin başçısının müavini Xəyalə xanım Qəmbərova  çıxış edərək məktəb kollektivini və iştirakçıları Bayraq Günü münasibətilə təbrik etdi və ölkəmizin və rayonumuzun bugünki sosial iqtisadi inkişafı barədə ətraflı məlumat verdi.
   Sonda məktəb şagirdlərinin ifasında Azərbaycan respublikasının dövlət atributlarından biri olan Dövlət Bayrağına həsr olunmuş kompazisiya nümayiş olundu, şagirdlərin hazırladıqları şerlər səsləndirildi.

Keçidlər