Biləsuvar rayonunda “Qəhrəmanlıq ənənələrini yaşadaq” devizi altında hərbi vətənpərvərlik günü keçirilmişdir
07 noyabr 2014-cü il tarixdə Biləsuvar Olimpiya İdman Kompleksində Respulika Müdafiə Nazirliyinin və Biləsuvar rayon İcra Hakimiyyətinin təkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunmuş “Qəhrəmanlıq ənənələrini yaşadaq” devizi altında hərbi vətənpərvərlik günü keçirilmişdir.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Respublika Veteranlar Şurasının polkovniki Cəlil Xəlilov, Müdafiə Nazirliyinin İdarə rəisi Rasim Əliyev, xalq artisti, Prezident təqaüdçüsü Zümrüd Məmmədova, Əməkdar artistlər Hüsniyyə Heybətova, Elxan Rza, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı iştirak etmişdir.
Tədbirin ssenari müəllifi və quruluşçı rejissoru Müdafiə Nazirliyinin İdarə rəisi polkovnik Abdulla Qurbanidir.
Tədbir Ümummilli Liderin abidəsi və Biləsuvar Şəhidlərinin Xatirə Komopleksi önünə əklil qoyulması ilə başlamışdır. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Respublika Veteranlar Şurasının polkovniki Cəlil Xəlilov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov çıxış etmişlər.
Tədbirdə şəhid ailələrinin üzvləri, idarə, müəssisə və təşkilat kollektivləri, təhsil müəssisələrinin və gənc nəslin nümayəndələri ümumilikdə 1500-dən çox adam iştirak edirdi.
Tədbir böyük ruh yüksəkliyi şəraitində keçmiş, sürəkli alqışlarla davam etmişdir.