Şriftin ölçüsü :

Saytın rəngi :

“Ən yaxşı məktəbəqədər tərbiyə müəssisəsi” layihəsinə start verilmişdir.

06 noyabr 2014 | 16:00

06 noyabr 2014-cü il tarixdə Biləsuvar  rayonunda  Dövlət  Bayrağı  günü münasibəti ilə keçirilən tədbirlər çərçivəsində “Ən  yaxşı  məktəbəqədər tərbiyə  müəssisəsi”  layihəsinə  start  verilmişdir.
            Layihə  rayonun  bütün  məktəbəqədər  təhsil  müəssisələrini  əhatə  etməklə  ilin  sonunadək  davam edəcəkdir. İlin  sonunda  layihəyə  yekun  vurulacaq  və  qalib  “İlin  ən  yaxşı  məktəbəqədər tərbiyə  müəssisəsi” müəyyən  ediləcəkdir. Layihə  çərçivəsində  ilk  tədbir  Biləsuvar  şəhər  1  saylı  körpələr  evi- uşaq  bağçasında   keçirilmişdir.
Tədbirdə Rayon  İcra  Hakimiyyətinin  məsul  işçilərinin, məktəbəqədər  tərbiyə  müəssisələri  kollektivlərinin, valideynlərin  iştirak  etmişlər.  RİH başçısının  müavini, İctimai-siyasi  və  humanitar  məsələlər  şöbəsinin  müdiri   Xəyalə  Qəmbərova  çıxış  edərək  layihə  barədə  məlumat  vermiş.
         Rəsmi hissədən sonra körpə  fidanların  hazırladığı   Azərbaycanın  Milli  Qəhrəmanı     Mübariz  İbrahimova  həsr  olunmuş   “Mübariz  igidlər  alov  saçır”  kompozisiyası  maraqla  və  alqışlarla  qarşılanmışdır.
          Tədbirin sonunda  bağça  uşaqlarının  əl  işləri  ilə  tanış  olmuş və  fərqlənən  uşaqlara  hədiyyələr  təqdim  etmişdir.

 

Keçidlər