Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Heydər Əliyev Mərkəzində növbəti təntənəli nigah mərasimi keçirildi.

19 oktyabr 2014 | 15:00

Oktyabrın 19-da Biləsuvar rayon Heydər Əliyev Mərkəzində iki  gənc ailənin- Sadiq və Rəvanənin, Asim və Mirzeynəbin nigahlarının  təntənəli qeydə  alınması  mərasimi  keçirildi.
Nigah mərasimindən öncə gənclər Heydər Əliyev  parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Sonra gənclər Heydər Əliyev Mərkəzində olmuş, burada Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.Nigah mərasimində   gənc  ailələrin  valideynləri,  yaxın  qohumları, Biləsuvar  rayon  İcra  Hakimiyyətinin  məsul  işçiləri , VVADQ şöbəsinin əməkdaşları və  Heydər  Əliyev  Mərkəzinin  işçiləri  iştirak  etdilər.
Nigah mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Səyalə xanım Şahbazova  hər iki cütlüyə xoş arzularını bildirdi, ailənin  əhəmiyyətindən  və  onların  müqəddəs  varlığından  danışdı, yeni  qurulan  gənc  ailələrə  xoşbəxtlik  arzuladı.S.Şahbazova bu təşəbbüsün artıq bir ənənə halını aldığını qeyd edərək bildirdi ki, gənclərimiz həvəslə öz nigah mərasimlərini Mərkəzdə qeyd edirlər. Sonra gənclər arasında nikah müqaviləsi bağlanıldı və  gənclərə nikah şəhadətnaməsi təqdim olundu.
Çıxış edənlər mərasim iştirakçıları yeni ailə quran gənclərin nikah mərasimlərinin müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildirdilər.
Sonra mərasim iştirakçıları və gənclər musiqi sədaları altında rəqs etdilər.
Sonda gənc  ailələrə xatirə  hədiyyələri  təqdim olundu.

Keçidlər