Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqilliyinin bərpasının iyirminci ildönümü

07 oktyabr 2011 | 15:00

07 oktyabr 2011-ci il tarixdə Biləsuvar rayonunda “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü” münasibəti ilə geniş tədbirlər keçirilmişdir.
Saat 11:00-da Biləsuvar rayon İcra Hakimiyyətinin akt zalında rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, idarə müəssisə və təşkilat rəhbərləri, rayon ziyalılarının iştirakı ilə rayon toplantısı keçirilmiş, toplantıda 200 nəfər iştirak etmişdir.
Saat 17:00-da Heydər Əliyev adına parkda ümumrayon tədbiri keçirilmiş, tədbirdə respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı olmuş, konsertin sonunda atəşfəşanlıq olmuşdur.
Tədbirdə İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, idarə müəssisə və təşkilatların kollektivləri, təhsil, səhiyyə və mədəniyyət müəssisəsinin işçiləri, rayon ziyalıları və rayon ictimayyətinin nümayəndələri olmaqla 8000 nəfər iştirak etmişdir.
 

Keçidlər