Şriftin ölçüsü :

Saytın rəngi :

16 mart 2026-cı il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirilib.

16 mart 2026 | 17:16

Şura iclasında Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı-Şuranın sədri Faiq Qürbətovun, şura üzvlərinin, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, İnzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə 2 məsələ müzakirə olunub.

Şuranın sədri Faiq Qürbətov gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra birinci məsələ olan “Yazlıq əkinlərinin hazırlıq vəziyyətinin təhlili, o cümlədən 2026-cı il üçün pambıq əkininin planlaşdırılması barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəlahəddin Yunsurovun və ikinci məsələ olan “Yerli İcra hakimiyyətləri haqqında” Əsasnamənin müvafiq maddəsindən irəli gələn vəzifələrin icrası sahəsində Səmədabad, Yuxarı Ağalı, Ağalıkənd, İsmətli kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə  görülən işlərin vəziyyəti barədə” Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini-sektor  müdiri Fəxri Rəhimlinin hazırladıqları arayışılar dinlənilib.

İclasın gündəliyinə daxil edilmiş məsələlər şura üzvləri tərəfindən geniş müzakirə olunduqdan sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov gündəliyə daxil edilmiş məsələlər ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinə, İnzibati ərazi dairələri üzrə icra nümayəndələrinə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Müzakirə olunan məsələnin icrası istiqamətində səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasında müvafiq qərar qəbul edilib.

Keçidlər