Şriftin ölçüsü :

Saytın rəngi :

16 aprel tarixində Biləsuvarda rayonunda növbəti “Əmək yarmarkası” keçirilib

16 aprel 2025 | 16:05
Biləsuvarda rayonunda növbəti “Əmək yarmarkası” keçirilib.
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi tərəfindən Biləsuvar rayonunda növbəti "Əmək yarmarkası" keçirilib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəlahəddin Yunsurov və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdir müavini Vüsal Əhmədov iştirak edib.
Yarmarkada Biləsuvar rayonunda işsiz və işaxtaran şəxslərə 15 müəssisə tərəfindən 489 vakant iş yerləri təqdim edilib. Təklif olunan vakansiyalar iqtisadi fəaliyyət növünə görə, rayonun əmək bazarının tələbatına uyğun olaraq əsasən kənd təsərrüfatı, emal, xidmət və istehsal sahələrini əhatə edib.
Əmək yarmarkasının açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəlahəddin Yunsurov və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdir müavini Vüsal Əhmədov çıxış edərək yarmarkanın keçirilməsində əsas məqsədin rayonda işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi və onların məşğulluğunun təmin edilməsinə dövlət dəstəyinin göstərilməsi olduğunu bildiriblər.
 
Keçidlər