“Müstəqillik uşaqların gözü ilə” adlı tədbir keçirilmişdir.
18 oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə 15 oktyabr 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Biləsuvar şəhər 1 saylı körpələr evi - uşaq bağçasının hazırladığı “Müstəqillik uşaqların gözü ilə” tədbiri keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə xanım Qəmbərova, Heydər Əliyev Mərkəzinin və şəhər 1 saylı körpələr evi - uşaq bağçasının pedoqoji kollektivləri iştirak etdilər, Tədbir iştirakçıları və uşaqlar əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu. Uşaqlar abidə önündə Azərbaycanın himnini oxuyaraq, vətənpərvərlik mövzusunda şerləri söylədilər.
Sonra uşaqları Heydər Əliyev Mərkəzində olaraq Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.
Bağça uşaqları H.Əliyev Mərkəzində xatirə şəkli çəkdirdikdən sonra tədbir geniş bayram konserti ilə davam etdirildi.