Biləsuvar rayonunda Heydər Əliyev Mərkəzində növbəti təntənəli nigah mərasimi keçirilmişdir.
Oktyabrın 8-də Biləsuvar rayon Heydər Əliyev Mərkəzində iki gəncin- Ruslan və Şəfəqin nigahlarının təntənəli qeydə alınması mərasimi keçirildi.
Nigah mərasimindən öncə gənclər Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Sonra gənclər Heydər Əliyev Mərkəzində olmuş, burada Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.Nigah mərasimində gənc ailələrin valideynləri, yaxın qohumları, Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçiləri , VVADQ şöbəsinin əməkdaşları və Heydər Əliyev Mərkəzinin işçiləri iştirak etdilər.
Mərasimində çıxış edən Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Xəyalə xanım Qəmbərova hər iki cütlüyə xoş arzularını bildirdi, ailənin əhəmiyyətindən və onların müqəddəs varlığından danışdı,yeni qurulan gənc ailələrə xoşbəxtlik arzuladı. X.Qəmbərova bu təşəbbüsün artıq bir ənənə halını aldığını qeyd edərək bildirdi ki, gənclərimiz həvəslə öz nigah mərasimlərini Mərkəzdə qeyd edirlər. Sonra gənclər arasında nikah müqaviləsi bağlanıldı və gənclərə nikah şəhadətnaməsi təqdim olundu.
Çıxış edənlər mərasim iştirakçıları yeni ailə quran gənclərin nikah mərasimlərinin müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildirdilər.
Sonra mərasim iştirakçıları və gənclər musiqi sədaları altında rəqs etdilər.
Sonda gənc ailələrə Biləsuvar rayon İcra Hakimiyyəti adından hədiyyələr təqdim olundu.