Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda «Hər şey qələbə üçün» adlı kitab-albomun təqdimatı keçirildi.

09 oktyabr 2014 | 15:00

    9 oktyabr 2014-cü il tarixdə YAP Biləsuvar rayon təşkilatının akt zalında Biləsuvar rayon icra hakimiyyəti  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi ilə birgə  Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan «Hər şey qələbə üçün» adlı kitab-albomun təqdimatını keçirdi.
    Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Qarabağ müharibəsi veteranları,şəhid ailələri, ziyalılar, gənclər  və KİV nümayəndələri iştirak etdi.
    Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hazırlanmış və Ulu Öndər Heydər Əliyevin Azərbaycanda müstəqil dövlət quruculuğuna həsr olunan «Hər şey qələbə üçün» adlı kitabı barədə öz ürək sözlərini dedi.M.Quliyev bildirdi ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və ‎mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun ‎adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ‎ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin ‎mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur ‎duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü ‎doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır ‎və sərt sınaqlarından çıxarmışdır.‎Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.
   M.Quliyev bildirdi ki,bu gün müstəqil Azərbaycanın ordu quruculuğu  birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Sovetlər Birliyi mövcud olan dövrlərdən başlayaraq Azərbaycanda ixtisaslı hərbi kadrların hazırlanması, azərbaycanlıların hərb elminə daha dərin yiyələnmələri Ulu Öndəri əsas məqsədlərindən biri idi.Məhz onun yeritdiyi siyasət nəticəsində bu sahədə bir cox addımlar atılmış və hərbi məktəblər fəaliyyətə başlamışdı.Sonralar müstəqillik illərində Heydər Əliyev nizami və güclü Azərbaycan ordusunun yaranmasında çox böyük nailiyyətlərə nail oldu. Ulu Öndərin qurub yaratdığı və bizə yadigar qoyduğu  müstəqil respublikamız Cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə qorunur, inkişaf elətdirilir və dünyada söz sahibi olan ölkəyə çevrilir.
    Mahir müəllim kitabın ərsəyə gəlməsində əməyi olan bütün kollektivə öz minnətdarlığını bildirdi.
  
    Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Xəyalə xanım Qəmbərova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Namiq Osmanov, Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, şəhər 4 saylı tam orta məktəbin direktoru Əli Əliyev, şəhər 1 saylı məktəbin direktoru Xanımgül  Abıyeva, Qarabağ müharibəsi veteranları və şəhid ailələri cəmiyyətinin sədri Bəhruz Əliyev, şəhid gizir Pərvin Əliyevin anası Rəfiqə Əliyeva, şəhid gizir Rahil Hüseynovun atası Əfsər Hüseynov və digər çıxış edənlər «Hər şey qələbə üçün» adlı kitab-albomla bağlı fikirlərini bölüşdülər. Tədbirdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı və cəbhə bölgəsində son hadisələr zamanı ordumuzun düşmənə layiqli cavabını xüsusi vurğuladılar. Bildirdilər ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz tezliklə böyük qələbəyə imza atacaqdır.
    Sonda tədbir iştirakçılarına «Hər şey qələbə üçün» kitabı paylanıldı.

Keçidlər