Biləsuvar rayonunda 5 oktyabr-Müəllimlər gününə həsr olunmuş bayram tədbiri keçirildi.
03 oktyabr 2014-cü il tarixdə Biləsuvar rayon “Zirvə” şadlıq sarayında 5 oktyabr-Müəllimlər gününə həsr olunmuş bayram tədbiri keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, məktəb direktorları, müəllimlər, ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələr və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Tədbiri giriş sözü ilə açan rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov son illər rayonda təhsilin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi və müəllimlərin qazandığı uğurlardan danışdı.
Tədbirdə çıxış edən təhsil işçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisinin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdikləri yüksək diqqət və qayğıya görə rayonun çoxminlik pedaqoji kollektivi adından təşəkkürlərini bildirdilər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövləti günü-gündən inkişaf etməkdədir. Onun miras qoyub getdiyi müstəqil, demokratik dövlətçilik konsepsiyası və siyasi-ideoloji xətt bu gün şücaətlə qorunur və gələcək nəsillərin daha firavan həyatı üçün real zəmin yaranır. Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əldə olunan tarixi nailiyyətlər məhz Ümummilli Liderin və onun layiqli davamçısı, dövlətimizin müstəqilliyinin qarantı olan, cənab prezident İlham Əliyevdir.Məhz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Təhsil strategiyasının əldə etdiyi uğurlar Azərbaycan təhsilinin dünyanın inkişaf etmiş təhsİl sisteminə inteqrasiyasını təmin etmişdir. Respublikamızda təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir.
M.Quliyev bildirdi ki, ötən illər ərzində rayonumuz da ölkə təhsilinə öz töhvələrini vermişdir. Ayrı-ayrı ali təhsil müəssisələrin məzunları olan biləsuvarlılar hazırda respublikamızın ən müxtəlif fəaliyyət sahələrində çalışırlar.Rayonumuzda yeni istifadəyə verilən təhil ocaqları, inşa və əsaslı təmir olunan məktəb binaları təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdir. Əlbəttə bu uğurlar həm də Biləsuvar rayonun təhsil müəssisələrində çalışan pedoqoji kollektivlərin gərgin əməyi sayəsində mümküm olmuşdur.
Sonra Mahir müəllim 5 oktyabr-Müəllim günü münasibətilə rayonun bütün pedaqoji kollektivini təbrik etdi, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzuladı.Bir qrup təhsil işçisinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.
Tədbirdə Xan qrupu və Azərbaycanın səsi mahnı müsabiqəsinin qalibi Mətləb Ağayev konsert proqramı ilə çıxış etdilər.