Biləsuvarda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu.
1 oktyabr 2014-cü il tarixdə Biləsuvar rayonunda Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü təntənə ilə qeyd edildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri, rayon prokurorluğunun işçiləri,ziyalılar və KİV nümayəndələri iştirak etdi.
Yığıncaq iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək prokurorluq işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara bundan sonra da ölkəmizdəki digər dövlət təşkilatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yeni-yeni uğurlar arzuladı.
Sonra Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov çıxış edərək ötən müddət ərzində rayon prokurorluq əməkdaşlarının gördüyü işlər barədə geniş məruzə etdi.
Tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin Biləsuvar rayon şöbəsinin rəisi İlqar Quliyev, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, Rayon Səhiyyə şöbəsinin müdiri Şamil Cəfərov çıxış edərək prokurorluq işçilərinə öz təbriklərini bildirdilər.
Biləsuvar rayon Prokuroru Qabil Əliyev çıxış edərək onlara göstərilən bu yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.
Sonda bir qrup prokurorluq işçisi rayon İcra Hakimiyətinin fəxri fərmanları ilə təltif edildilər.