Biləsuvar rayonunda qanvermə aksiyası keçirildi.
26 sentyabr 2014 | 15:00
26 sentyabr 2014-cü il tarixdə Biləsuvar rayon xəstəxanasında qanvermə aksiyası keçirildi.
Aksiyada rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon ictimaiyyətinin, gənclərin nümayəndələri aktiv şəkildə iştirak edərək müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlarımıza əvəzsiz olaraq qan verdilər.
Gün ərzində davam edən tədbirdə Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən rayonun 121 nəfərdən çox sakinindən qan götürüldü.