15 May- Beynəlxalq Ailə Günü ilə əlaqədar bir qrup ailə ziyarət olundu.
14 may 2024 | 17:39
Biləsuvar rayonunda 15 May-Beynəlxalq Ailə Günü ilə əlaqədar evlilikləri 60 ildən çox ömür sürmüş Səmədabad kəndindən Mehdiyevlər, Dərvişli kəndindən Həsənovlar, Ağayrı kəndindən Əliyevlər, Günəşli kəndindən Mirzəyevlər ailəsi ziyarət olundu.
Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi, Biləsuvar Rayonu üzrə Gənclər və İdman Sektorunun, Biləsuvar Gənclər Evinin və Biləsuvar şəhər Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfinin təşkilatçılığı ilə keçirilən görüşdə peşə təmayüllü siniflərin şagirdləri yerli təamlardan ibarət süfrə hazırlamış, gənclər ailələrin gündəlik qayğıları ilə bağlı köməkliklər göstərmişlər.
Səmimi söhbət zamanı ailələr uzunömürlü nigahlarının sirlərini bölüşərək, ailə dəyərlərinin müqəddəsliyindən danışıblar.
Ziyarət olunan ailələrin üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.