Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ağayrı kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirilmişdir.

24 sentyabr 2014 | 15:00

24 sentyabr  2014-cü il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ağayrı  kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirilmişdir.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Ağayrı kəndi rayonun qərb istiqamətində yerləşir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Nəsimi, Günəşli və İsmətli  kəndləri ilə sərhəddir. Ağayrı kəndində  543  təsərrüfatda  2502  nəfər əhali yaşayır.Kənddə 1 tam orta, 1 ümumi orta məktəb,  tibb məntəqəsi, uşaq bağçası,  kitabxana,  mədəniyyət evi,  poçt şöbəsi  fəaliyyət göstərir.
Tədbirdə Ağayri  kənd İcra nümayəndəsi Azər Qədimov çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə məlumat verdi.
O, bildirdi ki, regionların sosial-iqtisadi inkişafına uyğun olaraq Ağayrı kəndində də xeyli  işlər görülüb.Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə  yenidən tikilən on üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun  inşaası başa çatdırılmışdır.Yolun 2 km-lik hissəsi Ağayrı kəndindən keçir. Bundan əlavə kənd məktəbi üçün yeni bina inşa edilmiş, yeni salınmış yaşayış massivi və kəndaxili yollar  qum-çınqıl qarışığı ilə təmir olunmuş, ərazidəki şor kollektorları lildən təmizlənmişdir.Əhalini  təbii qazla təmin etmək məqsədilə kənd ərazisindən keçən əsas boru kəmərləri çəkilmişdir.Yaxın vaxtlarda evlərə qaz xəttinin çəkilişi işlərinə başlanılacaqdır.Kənd fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur.
A.Qədimov kənddə aparılan abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə Prezidenti  cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdi.
Kənd sakinləri A.Zeynalov, V.Qasımlı, Ş.Dövlətov  və başqaları çıxış edərək Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirdilər və görülən bu abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdilər.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır.Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması,  insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. M.Quliyev Ağayrı  kəndində də son illərdə bir çox quruculuq  işləri aparıldığını qeyd edərək bildirdi ki, digər kəndlərimiz kimi Ağayrı kəndində  də   yeni məktəb binası, poçt  tikilib istifadəyə verilmişdir.Qaz, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılıb, Cənab Prezidentin sərəncamı ilə kəndin mərkəzindən keçən və 6 kəndi birləşdirən asfalt örtüklü yol çəkilmişdir.Yeni yaşayış massivlərindəki  yollara qum-çınqıl  örtük qoyulur, şor kollektorları qazılır, yeni infrastruktur layihələr həyata keçirilir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.Bunun nəticəsidir ki, kəndlərimizdə belə uğurlu nəticələr özünü göstərir.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Ağayrı  kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
Qəbul zamanı müraciət edən  6 vətəndaşdan  3  müraciətinin icrası  ilə bağlı yerindəcə göstəriş verildi, digər vətəndaşların problemlərinin həlli müəyyən vaxt apardığı üçün icrası ilə bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verilərək icrası nəzarətə götürüldü.

Keçidlər