Biləsuvar rayonunda Xırmandalı kənd 2 saylı tam orta məktəbi üçün inşa olunmuş yeni binanın açılışı olmuşdur.
15 sentyabr 2014-cü il tarixdə rayonun Xırmandalı kəndində yeni inşa olunmuş 640 şagird yerlik 2 saylı tam orta məktəbinin açılış mərasimi keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov bildirdi ki, Xırmandalı kəndi rayonun ən böyük kəndidir.Əhalinin sayı 10000 nəfərdən çoxdur.Kənddə 2 məktəb fəaliyyət göstərir.1 saylı tam orta məktəb 2012-cü ildə ən müasir standartlara uyğun təmir olunaraq istifadəyə verilmişdi. 2 saylı məktəb isə uyğunlaşdırılmış və primitiv bir binada yerləşirdi.Burada normal tədris üçün heç bir şərait yox idi. Hazırda məktəbdə 28 sinif komplektində, 562 şagird təhsil alır. Məhz Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə olan diqqəti və qayğısının nəticəsidir ki, bu gün Xırmandalı kənd 2 saylı tam orta məktəbi üçün 640 yerlik ən müasit tələblərə cavab verən yeni bina tikilərək müəllim və şagirdlərin istifadəsinə verilir.B.Kazımov rayonda təhsilin inkişafına göstərilən bu yüksək qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya coxminlik təhsil işçiləri adından öz təşəkkürünü bildirdi.
Sonra məktəb kollektivi və kənd sakinləri çıxış edərək kənddə tədris üçün gözəl şərait yaratdıqlarına görə Ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev tədbirdə çıxış edərək 15 Sentyabr–Bilik günü və yeni tədris ilinin başlanması münasibətilə məktəbin pedaqoji kollektivini, şagirdləri və valideynləri təbrik etdi, işlərində uğurlar arzuladı.
M.Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində son illər respublikamızın hər yerində olduğu kimi rayonumuzda da sürətli abadlıq və tikinti işləri aparılır, yeni-yeni təhsil, səhiyyə ocaqları tikilir,əhalimizin normal şəraitinin təşkili üçün bir çox sosial layihələr həyata keçirilir.Bütün sahələrin inkişafı üçün qəbul edilmiş Dövlət Proqramları müvəffəqiyyətlə icra olunur.Bütün bunlar məhz cənab Prezidentimizin bizə olan köməyinin nəticəsində baş verir.Bu gün açılışına yığışdığımız bu tədris ocağında həm müəllimlər, həm də şagirdlər üçün gözəl şərait yaradılmışdır. Bizdə Ölkə rəhbərinin həyata keçirdiyi bu kursu rəhbər tutaraq çalışırıq ki, rayonumuzda yaxın illər ərzində bir dənə də olsun yararsız məktəbimiz qalmasın.Hər bir məktəbimizdə tədris üçün bu cür gözəl şərait olsun.Müəllimlərimiz gözəl binalarda işləsinlər, şagirdlərimiz isə gözəl məktəblərdə dərs keçsinlər. Sizlərdən isə yalnız bir şey tələb olunur şagirlərə gözəl təhsil vermək və yeni tikilən bu tədris ocağını təmiz saxlamaq, onu qorumaq.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev kənd ağsaqqallarının xeyir-duası ilə məktəbin açılışını bildirən qırmızı lenti kəsdi və məktəbə baxış keçirdi.