Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Aşağı Cürəli kənd tam orta məktəbi üçün inşa olunmuş yeni binanın açılışı olmuşdur.

13 sentyabr 2014 | 15:00

13 sentyabr  2014-cü il tarixdə  rayonun Aşağı Cürəli kəndində yeni inşa olunmuş 450 şagird yerlik  kənd tam orta məktəbinin açılış mərasimi keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının məsul işçisi Vəfadar Bağırov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov  əvvəlki məktəb binası barədə məlumat verərək bildirdi ki, 23 sinif komplektindən ibarət olan, 450 şagirdin təhsil aldığı bu tədris ocağı 1965-ci ildə tikilmiş və 190 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur.Məktəbdə bu gunə kimi heç bir təmir işi aparılmadan istismar olunmuşdur.Məktəbdə şagirdlərin sayının artımı və heç bir şəraitin olmaması  normal dərs prosesinin aparılmasını mümkünsüz etmişdir.Məhz Ölkə  Prezidenti cənab İlham Əliyevin  təhsilə olan diqqəti və qayğısının nəticəsidir ki, bu gün Aşağı Cürəli kəndində ən müasit tələblərə cavab verən yeni bina tikilərək müəllim və şagirdlərin istifadəsinə verilir.
Sonra məktəb kollektivi və kənd sakinləri çıxış edərək  kənddə tədris üçün gözəl şərait yaratdıqlarına görə Ölkə Prezidenti cənab İlham Əliyevə və  rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində qəbul edilmiş Dövlət Proqramının icrası rayonumuzda da uğurla həyata keçirilir.Bu gun rayonumuzda qlobal və əsaslı işlər aparılır.Bütün bunlar məhz cənab Prezidentimizin bizə olan köməyinin nəticəsində baş verir.Bu gün açılışına yığışdığımız bu tədris ocağında həm müəllimlər, həm də şagirdlər üçün gözəl şərait yaradılmışdır. Biz ölkə rəhbərinin dediyi kimi yaxın illər ərzində çalışacağıq ki, bir dənə də olsun yararsız məktəbimiz qalmasın.Müəllimlər gözəl binalarda işləsinlər, şagirdlər gözəl məktəblərdə dərs keçsinlər. Sizlərdən isə yalnız bir şey tələb olunur  şagirlərə gözəl təhsil vermək və yeni tikilən bu tədris ocağını təmiz saxlamaq, onu qorumaq.
Sonra Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının məsul işçisi Vəfadar Bağırov çıxış edərək Respublikamızda aparılan hərtərəfli sosial-iqtisadi inkişafdan, abadlıq-quruculuq işlərindən ətraflı məlumat verdi,  məktəbin pedaqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev kənd ağsaqqallarının xeyir-duası ilə  məktəbin açılışını bildirən qırmızı lenti kəsdi və məktəbə baxış keçirdi.

 

Keçidlər