Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərimizin qırx mərasimi qeyd olundu.

12 sentyabr 2014 | 15:00

12 sentyabr  2014-cü il tarixdə Biləsuvar rayon Nərimankənd kəndində  erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə növbəti hücumunu dəf edərkən qəhrəmancasına  şəhid olmuş Biləsuvar rayon Nərimankənd kənd sakinləri gizir Əliyev Pərvin Səlahəddin oğlunun, kiçik gizir Hüseynov Rahil Əfsər oğlunun  və əsgər Qarazadə Anar Vidadi oğlunun  qırx mərasimi keçirilmişdir.
Mərasimdə Biləsuvar rayon  İcra Hakimiyyətinin başçısı Mahir Quliyev,hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların  rəhbərləri, icra nümayəndələri, bələdiyyələr,rayon aktivi, ziyalılar,  gənclər və kənd sakinləri iştirak etdilər.  
Rayon icra Hakimiyyətinin başçısı Mahir Quliyev hər üç şəhidin ailəsinə başsağlığı verərək torpaq uğrunda şəhid olmanın ən yüksək zirvə olduğunu bildirdi.O, qeyd etdi ki,düşmənlə döyüşlərdə onlara sarsıdıcı zərbələr vuran ordumuz bu gün ən güclü ordulardan biridir.Bu ordu  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında  hər an öz sözünü deməyə hazırdır. Azərbaycan ordusu əmr verildiyi  zaman işğal altında olan torpaqlarımızı düşməndən azad edəcəkdir.
M.Quliyev bildirdi ki, şəhid əsgərlərimizin fədakarlığı hər bir Azərbaycanlı tərəfindən qürur hissi ilə qəbul edilir. Onlar göstərdikləri şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif ediliblər. Nərimankənd kəndinin 3 şəhid verməsi ağrılı olduğu qədər də şərəf gətiricidir, vətənə məhəbbətin ali təzahürüdür. Şəhidlərimiz daim xatırlanacaq və əziz xatirələri həmişə ehtiramla yad ediləcəkdir.
Biləsuvar rayon icra Hakimiyyəti  şəhidlərimizin ailə üzvlərini, əzizlərini daim diqqətdə saxlayır və  onlar  hər zaman  qayğı ilə əhatə olunurlar.Hər üç şəhidimizin xatirəsini əbədiləşdirmək üçün məzarları üzərində xatirə kompleksi ucaldılmışdır.
Şəhid valideynləri  onların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, rayon rəhbərliyinə  öz dərin təşəkkürlərini bildirdilər.
Sonda hər üç şəhidin məzarı ziyarət olundu və əziz xatirələrinə tər çiçəklər düzüldü.

Keçidlər