Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Biləsuvar rayon Təşkilatı Gənclər Birliyi növbəti iclasını keçirmişdir.

29 avqust 2014 | 15:00

29 avqust 2014-cü il tarixdə YAP Biləsuvar rayon Təşkilatında  Gənclər Birliyinin növbəti iclası keçirildi. Tədbirdə rayonun ayrı-ayrı idarəetmə strukturlarında, özəl  və digər sahələrdə çalışan 50 nəfər gənc iştirak etdi.
İclasda  Gənclər Birliyinin sədri   Kamil Qurbanlı çıxış edərək son illər rayon gəncləri tərəfindən görülən işlər barədə ətraflı məlumat verdi və bildirdi ki, həmişə olduğu kimi builki bələdiyyə seçkilərində də  YAP ölkəmizin ən güclü siyasi təşkilatı kimi öndə olacaqdır. Odur ki, təşkilatımızın gənc üzvləri də  bu seçkilərə öz töhvəsini verməlidirlər.
Son illərdə ölkə Prezidenti cənab lham Əliyevin gənclər siyasəti sahəsində atdığı uğurlu addımları sadalayan natiq, bu prosesin bu gündə davam etdiyini, Ümummilli Liderimiz Heydər Əliyevin miras qoyub getdiyi Azərbaycan dövlətinin müasir həyatında gənlərin rolunun yüksəldiyini vurğuladı.
K.Qurbanlı bələdiyyələr, onların formalaşdırılmasının və fəaliyyətinin əsasları haqda məlumat verərək bildirdi ki, ötən bələdiyyə seçkilərində olduğu kimi bu seçkilərdə də partiyanın gənc üzvləri fəallıq göstərməli və  seçki prosesinin  bütün mərhələlərində partyanın qarşıya qoyduğu prinsip və qərarların icrasının yaxından köməkçiləri olmalıdırlar. O, bu məqsədlə qarşıdakı aylarda görülməsi planlaşdırılan işlərdən söz açdı və gələcək işlərdə gənclərə uğurlar arzuladı.
Digər çıxış edənlər  də rayonda  gənclərin  fəallığı,  onların icra  strukturlarında  və  idarəetmədə təmsil  olunmasına yaradılan şəraiti yüksək qiymətləndirərək, bunu onlara göstərilən  diqqət  və  qayğının bariz nümunəsi kimi dəyərləndiridilər.Görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə  öz minnətdarlıqlarını bildirdilər və 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində daha da fəal olacaqlarını qeyd etdilər.

Keçidlər