Biləsuvar məktəbliləri “Tani Azərbaycanı” layihəsi çərçivəsində keçirilən Gəncə-Şəmkir-Göygöl Turunda ekskursiyaya yola düşdülər.
25 avqust 2014-cü il tarixdə Biləsuvar rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən seçilmiş 40 nəfərlik qrup “Tani Azərbaycanı” layihəsi çərçivəsində keçirilən Gəncə-Şəmkir-Göygöl turunda 4 gunlük ekskursiya yola salındılar.
Yola salınma mərasimində Biləsuvar rayon icra Hakimiyyəti Başçısının birinci müavini Xanlar Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər yerində həyata keçirilən “Tani Azərbaycanı” layihəsinin əhəmiyyətindən danışdı və bu layihəyə qoşulan şagirdlərə xoş istirahətlər arzuladı.X.Məmmədov səfər çərçivəsində şagirdlərə tanış olacaqları şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən oyrənmələrini tövsiyyə etdi.
Tur çərçivəsində şagirdlər Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi və görməli yerləri ilə tanış olacaq, bir çox tarixi və mədəniyyət obyektlərinə və “Orta əsr Şəmkir şəhəri”nə ekskursiya edəcəklər.
Şagirdlər səfər çərçivəsində nəzərdə tutulan bütün xidmətlərlə pulsuz təmin olunacaqlar.