Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların medalları ailələrinə təqdim edildi.

04 avqust 2014 | 15:00

Avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupunun  cəbhənin Ağdam-Ağdərə istiqamətində  yerləşən mövqelərimizə növbəti hücumu dəf edərkən qəhrəmancasına  şəhid olmuş hərbi qulluqçularımızdan  iki nəfəri və həmin döyüşlərdə ağır yaralanan bir əsgərimiz   Biləsuvar rayon Nərimankənd kənd sakinləridir. Düşmənin hücumunu dəf edərkən ağır yaralanmış əsgərimiz  Qarazadə Anar Vidadi oğlunun  həyatını xilas etmək mümkün olmamış və A.Qarazadə bu gün səhər vəfat etmişdir. Hər üç şəhidimiz doğulub böyüdükləri Nərimankənd kəndində son mənzilə yola salınıblar.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən  gizir Əliyev Pərvin Səlahəddin oğlu, kiçik gizir Hüseynov Rahil Əfsər oğlu  və əsgər Qarazadə Anar Vidadi oğlu (ölümlərindən sonra) "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif ediliblər.
04 avqust 2014-cü il tarixdə Nərimankənd kəndində şəhid olmuş hərbi qulluqçuların medallarının ailələrinə təqdim olunma mərasimi keçirilmişdir.
Təqdimat zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə rəisinin müavini Abdulla Qurbani, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı,rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən  Xanlar  Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon aktivi, ziyalılar,  gənclər və kənd sakinləri iştirak etdilər.
Çıxış edənlər şəhidlərimizin  ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək allahdan səbr dilədilər.
Bildirildi ki, bu gün Azərbaycan əsgərinin nəyə qadir olduğu  gedən döyüşlərdə düşmənə vurduğu ağır zərbələr zamanı bir daha öz təsdiqini tapdı.Azərbaycan respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan ordusu hər an öz sözünü deməyə hazırdır.Bü gün bizim güclü ordumuz var və bu ordu əmr verildiyi  zaman işğal altında olan torpaqlarımızı düşməndən azad edəcəkdir.
Şəhidlərimizin valideynləri  ölkə rəhbərliyi tərəfindən onların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdilər.

Keçidlər